24 Fevral 2019 15:43
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. BMV X6 səkiyə çıxaraq piyadaları vurub. Nəticədə iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Milli.az xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.

Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox "Mersedes” və BMV maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.

Qəza ötən gecə yerli vaxtla təxminən saat 02.00-da baş verib. Muradın 2010-cu ildən Peterburqda yaşadığı deyilir. Azərbaycanda anadan olsa da, hazırda o, Rusiya vətəndaşıdır.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər