Abşeron rayonunda dəhşətli qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Məzahir Şıxməmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan qapalı iclasda qərar açıqlanıb.
Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Namiq Şıxməmmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, martın 8-də Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksindəki mənzillərin birində çarpayıda yanmış kişi meyiti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovun sifət nahiyəsində sınıq xəsarətləri var.
Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu Məzahir Şıxməmmədov törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhərində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib .
Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.
Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.
İstintaq orqanı tərəfindən Məzahir Şıxməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İstintaq hərəkətləri davam edir.