Bakı polisi silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Binəqədi rayonunda keçirilib.
7-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılıb.
Ondan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.