Rusiya paytaxtı Moskva klinikalarından birinin cərrahı pasiyenti zorlamaqda şübhəli bilinir.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda pasiyentin özü bildrib.
Onun sözlərinə görə, hadisə narkozun altında rinoplastika (burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsi –red.) zamanı zamanı baş verib.
Hadisə 2009-cu ildə baş verməsinə baxmayaraq, 49 yaşlı kişi yalnız indi polisə müraciət etməyə qərar verib. Qeyd edilir ki, hüquq-mühafizə orqanları şikayət üzrə araşdırmaya başlayıb. Cinayət işinin təfərrüatı açıqlanmır.