Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi vəsatətlə çıxış edib.
Hüquqi varis təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı işin prokurorluğa qaytarılmasını istəyib.
Hüquqi varisin vəsatəti təmin olunub və cinayət işinin baxılmasına xitam verilib, işin prokurorluğa qaytarılması barədə qərar qəbul edilib.
Sumqayıt şəhəri, 21-ci məhəllədə şəhər sakini - 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşov bıçaqlanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Qeyd edək ki, Rasif Həbibov idmançı olub.