Ermənistanda 15 yaşlı şagird sinif yoldaşı tərəfindən qətlə yetirilib.
Hadisə Lori vilayətində baş verib.
Belə ki, Taşir şəhərinin 15 yaşlı sakini Edik Avoyan kəsilmiş-deşilmiş yaralarla tibb mərkəzinə yerləşdirilib. O, reanimasiyada ölüb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qətlin A.Ç tərəfindən törədildiyi müəyyənləşib. O, polis bölməsinə gətirilib.
Hadisəni törədən şəxsin E.Avoyanla sinif yoldaşı olduğu bildirilir.