1 May 2019 12:48
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda silsilə oğurluq cinayətlərinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon sakini Şivəxan Məmmədov polis şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus ümumi dəyəri 2190 manat olan xırda və iribuynuzlu heyvanların oğurlandığı barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Keçirilmiş tədbirlər nəticəsində həmin şəxlərin Saatlı rayon sakinləri Seyidvəli İbahimov, Kamran Zeynalov, əvvəllər məhkum olunmuş Ramin Şıxəliyev və Elnur Əliyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Davam etdirilən tədbirlər zamanı onların digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, qrup üzvlərindən Ramin Şıxəliyev, Kamran Zeynalov və Seyidvəli İbrahimov aprel ayının 10-da rayonun Qaralar kənd sakini İlham Hüseynova məxsus həyətdəki tövlədən ümumi dəyəri 1200 manat olan 7 baş xırdabuynuzlu, aprelin 16-da isə qrupun adı çəkilən 3 nəfəri qabaqcadan əlbir olaraq başqa bir evə daxil olaraq oradan 8 baş xırdabuynuzlu heyvan oğurlamağa cəhd göstərsə də, ev sahibinin səsini eşidib həmin yerdən uzaqlaşıblar.

Elə həmin gün gecə saatlarında Saatlı şəhər sakini Rövşən Mürsəlova məxsus evin həyətinə daxil olaraq tövlədən ümumi dəyəri 1344 manat olan 10 baş xırdabuynuzlu heyvanı oğurlayıblar.

İstintaqın gedişi zamanı saxlanılan şəxslərin oxşar cinayət əməllərini İmişli və Sabirabad rayonlarında da törətdikləri aşkar olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər