7 May 2019 13:57
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatlqarı dəqiqləşdirilib.

Növbəti proses mayın 10-da davam edəcək.

İttihama görə, hadisə bu il yanvarın əvvəlində payutaxtın Xəzər rayonu ərazisində baş verib.

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.

Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.

Bu isə ailədə söz-söhbətin yaranmasına səbəb olub.

Hadisə baş verən gün isə, Müxalif içkili vəziyyətdə evə gəlib və Cəmalənin təhqirlərinə dözməyərək mətbəxt bıçağı ilə ona bir neçə zərbə endirib.

İstintaq orqanı tərəfindən Müxalif Balayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər