6 Sentyabr 2014 12:00
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində oğurluqda şübhəli bilinən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sarayev küçəsində yerləşən ticarət mərkəzində Hüseyn Hüseynzadə və Elgün Kazımov adlı vətəndaşların mobil telefonları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Kamran Vahabov və 1985-ci il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.


Müəllif: