25 May 2019 10:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Sevinc Mirzəyevanın barəsində olan cəzanın yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 7-də Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaşı Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində ona almaq üçün ev tapacağı vədi verib, bu yolla aldadaraq ondan 83 min 257 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var.

O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub.

İstintaq araşdırması zamanı məlum olub ki, Sevinc Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı oıduğunu deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər