9 Sentyabr 2014 14:52
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon sakinin evi qəsdən yandırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 7-də, gecə saat 02 radələrində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Məhəmməd Seydiyev sərxoş halda yaşadığı Şabran şəhəri Əzizbəyov küçəsindəki evini qəsdən yandırıb. Xəsarət alan olmayıb, məişət əşyaları yanıb.

Şabran rayon Polis Şöbəsi əməkdaşları tərəfindən evə baxış zamanı 12,46 qram marixuana aşkar edilərək götürülüb. Həmin vaxt onun narkotik vasitə qəbul etdiyi ehtimal olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər