Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş rayon sakini Rafiq Bədəlov saxlanılıb.
Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.