Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.
Suraxanı rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbənin İlqar Əhlimanov küçəsində bir qrup gənc arasında kütləvi dava olub. Gəncələrin davası zamanı bıçaq işə düşüb. Hadisə zamanı 1993-cü il təvəllüdlü Nicat Hüseynli və 1994-cü il təvəllüdlü Süleyman Xasıyev bıçaqlanıb. Hər iki yaralı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov