3 İyul 2019 12:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Mahir Dibirov, başqa rayon təhsil işçiləri Maral Əliyeva, Havva Hacıyeva, Elmira Benqerova, Gülbuta Əliyeva, Laura Mustafayeva, Ximisət Zeynalova, Gülnisə Xəlilova, Həlimat Xəlilov, Bəsti Layıcova, Pirdaş Ağcayeva, Meysarat Dibirova, Ayşa Emçiyavanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Mahir Dibirov, Maral Əliyeva, Havva Hacıyeva, Elmira Benqerova, Gülbuta Əliyeva, Laura Mustafayeva, Ximisət Zeynalova, Gülnisə Xəlilova, Həlimat Xəlilov, Bəsti Layıcova, Pirdaş Ağcayeva, Meysarat Dibirova, Ayşa Emçiyava külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Mahir Dibirovun barəsində ötən ilin sonlarında cinayət işi başlanılıb.

Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər