8 İyul 2019 15:50
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib.

Məhkəmə hökmü elan edərkən mərhumun oğlunun 25 min manatlıq mülki iddiasını təmin etməyib və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilib.

İttihama görə, hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər