9 İyul 2019 00:14
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əcnəbinin yaşadığı ev qarət olunub. Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İyunun 13-də iş qurmaq üçün Bakıya gələn, Pakistan vətəndaşı, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 60-da kirayə yaşayan, 1971-ci il təvəllüdlü Khan Rabia Asjerkhan polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 15:15-də yaşadığı evin qapısını açıq qoyaraq mətbəxə keçib. Qayıdandan sonra otaqda olan iki ədəd bahalı mobil telefonunun oğurlandığını görüb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər