10 Sentyabr 2014 18:01
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vəkillər Kollegiyasının rəyasət heyətinin növbəti iclası keçirilib.

Bu barədə Teleqraf.com-a rəyasət heyətinin üzvü İradə Cavadova məlumat verib.

Onun sözlərinə görə, müsahibədən keçən vəkillərin and içməsi rəyasət heyətiin iclasında müzakirə edilib. İradə Cavadova deyib ki, həmin şəxslər rəyasət heyətinin iclasına dəvət edilib və and içmə mərasimi keçirilib və onlar hüquq məsləhətxanalarına təhkim olunublar.

İradə Cavadova onu da əlavə edib ki, kollegiyasını üzvü Mənsum Bayramov cinayət işi ilə bağlı həbs edilib. Onun sözlərinə görə, Mənsum Bayramovun barəsində cinayət işinin istintaqı aparıldığı üçün vəkillik fəaliyyəti müvəqqəti olaraq dayandırılıb: “Mənsum Bayramov bəraət alsa sonradan vəkillik fəaliyyətini davam etdiriəcək”.

İradə Cavadovanın sözlərinə görə, vəkil Kamandar Nəsibovun da barəsində cinayət işi var. Onun bildirdiyinə görə, Kamandar Nəsibov rəyasət heyətinin üzvü olsa da, iclaslarda iştirak etmir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər