Ağstafada intihar hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Kənd sakini 30 yaşlı Günay Budaqova yaşadığı evdə özünü asaraq, intihar edib.
Onun həyatına hansı səbəbdən son qoyduğu bəlli deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.