İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf.com xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi “Fiorentina”dan Jordan Veretunu icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı fransalı yarımmüdafiəçi qarşıdakı mövsümün sonunadək icarədə oynayacaq. “Canavarlar” 1 illik icarə üçün Florensiya klubuna 1 milyon avro ödəyib. “Roma” mövsümün sonunda 16 milyon avro ödəməklə fransalı futbolçunu birdəfəlik transfer edə bilər.
Fransanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayan Veretu, “Nant”ın yetirməsidi. O, daha sonra İngiltərənin “Aston Villa” və Fransanın “Sent-Etyen” klublarında da forma geyinib. Yarımmüdafiəçi 2017-ci ildən “Fiorentina”da çıxış edir.