Quba rayon sakininin yaşadığı evin həyətində narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.