Cəlilabad rayonunda toyda kütləvi dava baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.
Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində bir nəfər başından, daha bir nəfər isə əl nahiyəsindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.