Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirən 1982-ci il təvəllüdlü Aynurə İsmayılovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Aynurə İsmayılova Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin sərnişin şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan 6 ədəd bağlamada çəkisi 272, 259 qram heroin aşkar edilib.
Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynurə İsmayılova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov