12 Avqust 2019 16:52
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini F.Rzayevin cibindən pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini F.Rzayevin cibindən içərisində 1500 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Talıbzadə saxlanılıb.


Müəllif: Teleqraf.com