30 Avqust 2019 16:48
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı adam öldürməyə cəhddə təqsirləndirilən 1986-cı il təvəllüdlüTeymur Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, bu il hadisə mayın 13-də Bakı şəhərində baş verib.

Masallı rayon sakini Teymur Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub.

Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Teymur Ağayev hadisədən sonra gizlənsə də, o, polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər