31 Avqust 2019 17:22
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 13 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayevanın barəsində cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

Zümrüd Abdullayevanın barəsində toplanan material baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin icraatında aparılan məhkəmə araşdırıması başlanıb. Prosesdə prokuror ittiham aktını elan edib və təqsirləndirilən şəxs ifadə verib.

O, özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Növbəti proses sentyabrın 12-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər