6 Sentyabr 2019 17:37
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfəri bıçaqlmaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə höğkm oxunub.

Mahir Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə təzə ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb. O, keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Fətulla Əhmədova da bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Mahir Nemətov isə polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər