15 Sentyabr 2014 09:48
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mənzillərdən birinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayonun Səttar Bəhlulzadə küçəsi 31-də yaşayan Novruz Əhmədova məxsus mənzilə bomba qoyulması xəbərini dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yollanıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Məlumata görə, naməlum şəxs Novruz Əhmədovun qızına zəng edib və evdə partlayıcı qurğu olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər