10 Sentyabr 2019 12:21
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apelyasiya protesti verilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir.

Həçəmçinin məhkəmə hökmündən zərərçəkmişlər də apelyasiya şikayəti verərək, Xəyal Məmmədovun həbs edilməsini tələb edirlər.

Məhkəmənin ilkin baxış iclasında Xəyal Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Məmmədovun əməli sübuta yetirilməyib. Məhkəmə ona bəraət verib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Xəyal Məmmədovun əməlinin məhkəmədə tam sübuta yetirildiyini deyib və onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər