13 Sentyabr 2019 14:00
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttahama münasibət bildirən Ramiz Yedigarov özünü təqsirli bilməyib.

Növbəti proses sentyabrın 19-da davam edəcək.

İstintaq orqanı tərəfindən Ramiz Yediyarovun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham elan edilib.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Xatırladaq ki, Ramiz Yediyarov 2012-2018-ci illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər