15 Sentyabr 2014 14:36
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatına görə, rayon sakini Zamanəddin Kərimovun idarə etdiyi “VAZ-21183” və Qəbələ rayon sakini Akif Əzimovun idarə etdiyi “SAZ-3507” markalı avtomobillər toqquşub. Z.Kərimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Elxan İsmayılov xəstəxanada həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: