18 Sentyabr 10:22
218

Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq ikici dəfə yükunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən olunmayıb.

Qeyd edək ki, Əhəd İsmayılov və onun oğlunun işi bir müddət əvvəldə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmildi. Aprelin 10-da hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi vəsatətlə çıxış edib.

Hüquqi varis təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı işin prokurorluğa qaytarılmasını istəyib.

Hüquqi varisin vəsatəti təmin olunub və cinayət işinin baxılmasına xitam verilib, işin prokurorluğa qaytarılması barədə qərar qəbul edilib.

İttihama görə, Sumqayıt şəhəri, 21-ci məhəllədə şəhər sakini - 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşov bıçaqlanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Qeyd edək ki, Rasif Həbibov idmançı olub.

İstintaq orqanı tərəfində ata və oğlun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov