19 Sentyabr 2019 19:28
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə metrobusların birində sərnişinlər arasında bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, İstanbul-Zəncirliquyu-Bəylikdüzü istiqamətində hərəkət edən avtobusda yaranan mübahisəsi nəticəsində 1 nəfər bıçaqlanıb. Hadisəni törədən şəxslər qaçıb.

Bud nahiyəsindən bıçaq yarası alan Ömər Bozigid dərhal xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Polis hadisəni törədən 2 şübhəlini axtarır.


Müəllif: İmamət İsmayılova