20 Sentyabr 22:26

Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Təhlə kəndində qeydə alınıb.

Kənd sakini - 1978-ci il təvəllüdlü Həsənov Hafiz Əli oğlu yaşadığı evin qarşısında döyülərək başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, rayonun Qaradəmirçi kənd sakini - 1989-cu il təvəllüdlü Musayev Vüsal Sabir oğlu Təhlə kəndinə gələrək H.Həsənovla mübahisə edib. Mübahisə nəticəsində V.Musayev H.Həsənovu döyərək başına küt alətlə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com