Göyçay rayonunda yaşayış evindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Göyçay rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi Ləkiçılpaq kəndində qeydə alınıb. Kənd sakini Şahin Hüseynovun evindən 10000 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ləkiçılpaq kənd sakini Natiq Hüseynov və Bakı şəhər sakini Alim Əliyev tutulublar.
Araşdırmalar zamanı müəyyən olunub ki, Şahin Hüseynovla həbs olunan Natiq Hüseynovun yaxın qohum olublar. Natiq qohumunun evindən xeyli miqdarda pul olduğunu bilib və bunu Bakı şəhərində yaşayan dostu Alim Əliyevə danışıb. Alim də oğurluq etməyi təklif edib. Dostlar birlikdə Şahin Hüseynovun evindən oğurluq ediblər və Bakı şəhərinə qaçıblar. Lakin polisin keçirdiyi əməliyyat zamanı onlar məsuliyyətə cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov