15 Oktyabr 2019 16:00
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Mehdi mehdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses oktyabrın 21-də davam edəcək.

İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb.
Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.

"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib.

Bundan sonra Mehdi Mehdiyevin də əməlinin üstü açılıb.

Mehdi Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.


Müəllif: Hacı Zeynalov