Şirvan şəhərində oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Baxış Məlikovun evindən 4500 manat və 3000 dollar, habelə qızıl əşyalar oğurlamış şəhər sakinləri Kamran Babayev, Təbriz Ağayev və Fərid Məmmədov tutulublar.
Kamran Babayevin və Təbriz Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 13-də Vaqif Ələkbərovun evindən də qızıl əşyalar oğurlamaları müəyyən edilib.
Hacı Zeynalov