13 Noyabr 15:37

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sənan Əliyev saxlanılıb.

Onun idarə etdiyi “Lada-Priora” markalı avtomobilə baxış zamanı oradan 295 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə Sənan Əliyevin evindən isə əlavə olaraq 1 kiloqramadan artıq marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov