Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram və Məlikli kənd sakini Səbuhi Qədirovun evindən isə 481 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.