19 Sentyabr 2014 00:44
1 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ətrafındakı Lyuberts rayonunda tükürpədən cinayət hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, 46 yaşlı kişi tanış qadınla yeyib-içdikdən sonra cinsi əlaqədə olmaq istəyib. Lakin qadın onun bu istəyini rədd edib.

Bundan qəzəblənən kişi qadının başı, sinəsi, əlləri və ayaqlarını bədənindən ayırıb. Polis qadının cəsədini zibil qutusundan tapıb.

Qatil hadisədən az sonra həbs edilib. O, deyib ki, qadın onunla spirtli içki qəbul edib: "O, mənimlə cinsi əlaqədə olmaqdan imtina etdi. Buna görə də onu öldürdüm".

O, qadının cəsədini gizlətmək istədiyi, buna görə də onun bədənini hissələrə ayırdığını deyib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.

Nihad


Müəllif: