22 Sentyabr 2014 12:42
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Kənd sakini Əhməd Mustafayevin idarə etdiyi “VAZ-2106” və Hacıqabul rayon sakini İlqar Yusifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş Ə.Mustafayev ölüb.

Hacı Zeynalov


Müəllif: