22 Sentyabr 2014 13:44
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yaşayış evində partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İrmaşlı kəndində Ayşən Həmzəyevanın yaşadığı evdə təbi qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Dağıntı olmayıb, yanıq xəsarətləri almış A.Həmzəyeva və azyaşlı oğlu Səfəralı xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: