23 Sentyabr 2014 10:13
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda mağazadan oğurluğa cəhd edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluğa cəhd hadisəsi Hovsan qəsəbəsi, Yeddi gözəl küçəsi, 14/15-ci məhəllədə yerləşən 1982-ci təvəllüdlü Ələsgərova Telnaz Süleyman qızına məxsus “Elşən market” mağazasında qeydə alınıb.

Suraxanı rayon Mühafizə Şöbəsinin əməkdaşları mağazanın giriş qapısını sindıraraq oğurluğa cəhd göstərilməsinin qarşısını alıblar. Mühafizə polisinin əməkdaşları Şabran rayon sakini, 1999-cu il təvəllüdlü Rüfət Zamanovu saxlayıb. O, Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: