Siyəzən rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Siyəzən rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini, 1937-ci il təvəllüdlü Həsənağa Xələfov yolu keçmək istəyərkən “VAZ 2109” markalı avtomobillə vurulub.
Həsənağa Xələfov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov