21 Yanvar 2020 14:40
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən kasasiya şikayəti verilib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Sunay Vəliyevin şikayəti araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmə prosesi fevralın 12-nə təyin olunub.

Qeyd edək ki, Xətai rayon Məhkəməsinin hökmü ilə Sunay Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bakı Apelasiya Məhkəməsinin qərarı ilə Sunay Vəliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Ötən il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraub.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sunay Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Xatırladaq ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur.

Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

Məsud Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər