1 Fevral 2020 10:55
6 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki oğlan yetkinlik yaşına çatmayan qıza təcavüz edib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Məlumata görə, Rüfət Cabbarov və Kənan Muradov rayon ərazisində Səidə Səmədovaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər ediblər.

Səidə Səmədovanın ailə üzvləri tərəfindən polisə edilən şikayət nəticəsində Rüfət Cabbarov və Kənan Muradov həbs olunublar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Rüfət Cabbarov və Kənan Muradovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər