14 Fevral 2020 13:52
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir sıra oğurluq, soyğunçuluq cinayətləri törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 3 ədəd velosiped və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri R.Süleymanovun cibindən və R.Hüseynzadənin çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Dadaşov tutulub.

Binəqədi rayonunda daha bir oğurluq faktının açılması istiqamətində əməliyyat keçirilib.

Belə ki, 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Səlimzadə və Yevlax rayon sakini İ.İsgəndərzadə saxlanılıblar.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Şamaxı rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində saxlanılıb.

Oxşar əməliyyat Suraxanı rayonunda da keçirilib. 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da paytaxt sakini N.Qurbanovun 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini E.Həsənov saxlanılıb.

Bundan başqa, paytaxtın Nizami rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi və 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü C.Quliyevdən 325 qram heroin, ona psixotrop maddəni satan 1985-ci il təvəllüdlü R.Məmmədovdan isə 221 qram heroin aşkar olunaraq götürülüb.

Paytaxtın Qaradağ rayonunda əməliyyat keçirilib.

Qaradağ rayon rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini V.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 39 qrama yaxın, Masazır qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov