Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.