28 Fevral 2020 11:15
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə ittiham olunan Araz Ramazanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Məhkəmənin qərarına əsasən, Araz Ramazanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralıbn 24-də Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Pollsi İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşı olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Araz Ramazaonov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

İstintaq orqanı tərəfindən Araz Ramazanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adanm öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər