Bakının Nizami rayonunda oğurluqla məşğul olan qadınlar həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Aynur Əliyevanın 500 manatını və sənədini oğurlamış Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov