27 Sentyabr 2014 12:46
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakının Suraxanı rayonunda “bomj” qadın ölüb.

Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə axşam saatlarında baş verib.

Rayon sakinləri 45 yaşında olan, şəxsiyyəti bilinməyən bir qadının iniltisini eşidiblər. Sakinlər polisə və təcili yardıma məlumat veriblər. Qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Qadının üstündən heç bir sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər